16.1 C
Aghjabadi
Çərşənbə axşamı, May 24, 2022

Təhsil işçiləri öz peşə bayramlarını qeyd ediblər

5 oktyabr Müəllimlər Günü münasibəti ilə rayon təhsil işçilərinin onlayn formatda yığıncağı keçirilib. Tədbirdən öncə təhsil işçiləri, məktəbəqədər tərbiyə müəssisələrinin əməkdaşları, şəhər, qəsəbə və kənd ümumtəhsil məktəblərinin müəllimləri rayon icra hakimiyyəti qarşısında ucalan ulu öndər Heydər Əliyevin abidəsinin önünə tər çiçək dəstələri düzüblər. Daha sonra tədbir öz işinə davam edib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil  Hüseynov yığıncağı giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, onları Müəllimlər Günü münasibəti ilə təbrik edib, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Rayon rəhbəri təhsilə dövlət qayğısından söz açaraq, bölgədə geniş məktəb tikintisindən, təmir işlərindən, təhsil müəssisələrində təlim-tərbiyə sahəsində əldə olunan nailiyyətlərdən, şagirdlərin ali məktəblərə qəbul imtahanları zamanı qazandığı uğurlardan ətraflı danışıb. Qeyd olunub ki, pandemiya şəraitinin çətinliklərinə baxmayaraq rayon ümumtəhsil məktəbləri və məktəbəqədər tərbiyə müəssisələrin kollektivləri öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyi bacarıblar.  Vətən müharibəsi zamanı həlak olan şəhidlərimiz və sağlamlığını itirən qazilərimiz məhz belə məktəb kollektivlərinin yetirmələridir. Onlar gənc nəslə əsl vətənpərvərlik ruhu aşılayıblar. Rayon icra hakimiyyətinin başçısı buna görə rayonun bütün pedaqoji  kollektivlərinə səmimi təşəkkürünü və minnətdarlığını bildirib.

Videotədbirdə söz təhsil işçilərinə verilib. Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri İsmayıl Həsənov,  Qaravəlli kənd tam orta məktəbin əməkdar müəllimi Əli Sadıqov, ADPU Ağcabədi filialının direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Mahir Səlimov, M.F.Axundov adına şəhər 3 saylı məktəb-liseyin gənc müəllimi Ramilə Məmmədli, Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimli, şəhər 9 saylı tam orta məktəbinin direktoru Rizvan Quliyev çıxış edərək rayonumuzda təhsilə göstərilən diqqət və qayğının böyük ruh yüksəkliyi yaratdığını vurğuılayıb, təhsildə, təlim-tərbiyə sahəsində hər cür şərait yaradıldığını qeyd ediblər. Məhz buna görə məktəblərin şagirdləri hər il yüksək uğurlara imza atırlar. Çıxış edənlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, həmkarlarını Müəllimlər Günü münasibəti ilə təbrik ediblər. Tədbirin sonunda rayonun bir qrup qabaqcıl müəllimi Ağcabədi Rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsinin Fəxri Fərmanları ilə təltif olunublar.

“Aran”

Xəbər lenti

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

Şərhlər