Millət Vəkili rayonda keçirilən tədbirlərdə iştirak edib

Millət vəkili, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev Vətən müharibəsinin ildönümü münasibəti ilə təşkil olunmuş tədbirlərdə iştirak edib. O, rayon Qəhrəmanlar Parkında şəhid ailələrinin üzvlərinin, qazilərin iştirakı ilə keçirilən tədbirdə çıxış edib, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla birlikdə ərazidə həyata keçirilən ağacəkmə kampaniyasına qoşulub.

T.Rzayev rayonda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi tədbirlərinə, Poladlı kəndində şəhid Əmrah Mamedovun, Hacıbədəlli kəndində isə şəhid Toğrul Abbasovun il mərasimlərinə də qatılıb. Millət vəkili rayonumuzdan olan Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, keçmişdöyüşçülər və qazilərlə görüşüb, onların problemlərinin həll olunması üçün lazımi köməkliklər göstəriləcəyini bildirib.

Tahir Rzayev bir qrup seçici də qəbul edib, onların müraciət və təkliflərinin diqqət mərkəzində saxlanılacağını nəzərə çatdırıb.

Millət vəkilinin YAP Ağcabədi rayon təşkilatının onlayn formatda keçirilən konfransdakı çıxışı iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Şəhid ailələrinin üzvləri və qazilər Tahir Rzayevə göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.“Aran”

Şərhlər