Azərbaycanda koronavirusa qalib gələnlər sırasına 96 yaşlı qocaman sakin də qatılıb.
Virusdan sağalan şəxs Ağcabədi rayon sakini Xəlilov Calal Məhəmməd oğludur.
Onun Bakıdakı xəstəxanalrdan birində müalicə aldığı qeyd edilir. 96 yaşlı sakin bu günlərdə sağalaraq evə buraxılıb. Xəlilov Calalın Azərbaycanda koronavirusdan sağalan ən yaşlı sakin olduğu bildirilir.
Əlavə edək ki, sağalan şəxsin vaksinasiya olunduğu da açıqlanıb.