Barama tədarükü davam edir

            Rayonda yay dövründə ilk dəfə sınaq məqsədi ilə yetişdirilən barama tədarükü davam edir. Xəbər verildiyi kimi, bölgənin 41 inzibati ərazi vahidində 37 qutu ipəkqurdu bəslənilib.

İndiyədək kümçülərimiz tərəfindən rayon üzrə qəbul məntəqəsinə 860 kq  yüksək keyfiyyətli məhsul təhvil verilib.

Barama tədarükündə Kəbirli,Qaraxanlı, Sarıcallı, Hüsülü və sair kəndlərindən olan kümçülər fərqləniblər.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər