Oxucularımızın sevimlisi, Millət vəkili Aqil Abbas və əməkdar jurnalist İradə Tuncay Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin Boyat kənd kitabxana filialının qonağı olublar. Millət vəkili hər zamankı kimi, yenə də oxucularının görüşünə əli boş gəlməmiş, kitabxanaya xeyli kitab hədiyyə etmişdir.
Yeni kitablarla tanış olan qonaqlar kitabxananın xatirə kitabına ürək sözlərini yazıblar.