“Dəmir Yumruq” adlı tədbir keçirilib

6 oktyabr 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzi kollektivinin təşkilatçılığı ilə “Dəmir Yumruq” adlı vətənpərvərlik mövzusunda tədbir keçirilib. Görüşdən əvvəl Vətən müharibəsi zamanı qəhrəmanlıqları ilə yeni tarix yazan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Sonra AYB-nin üzvü, mədəniyyət işçisi Gündüz Sevindik çıxış nitqi ilə tədbiri açıq elan edib. O, Müzəffər Ali baş Komandanın rəhbərliyi altında ordumuzun əks-hücum əməliyyatlarının başlanması, 44 günlük müharibə dövründə xalqımızın birliyi, əsgərlərimizin peşəkarlığı, mübarizliyi, işğalçı dövlətin təxribat əməllərinin qarşısının qətiyyətlə alınması, Ermənistan dövlətinin təcavüzkar, işğalçı, müharibə bölgəsindən neçə kilometrlərlə uzaqlıqda yerləşən ərazilərimizdə terror hadisələri törətməsi barədə ətraflı şəkildə məlumat verib. 

Daha sonra çıxış edən Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzinin direktoru Odər Ağayev, rayon Mərkəzi Kitabxana Sisteminin direktor müavini Təranə Məmmədova, Tarix-Diyarşünaslıq Muzeyinin müdiri Sadiq Əliyev, rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Rövşanə Əliyeva,mərkəzin əməkdaşı, bələdçi Səbinə Mamedova, mədəniyyət mərkəzinin əməkdaşları Gülşən Ağayeva, Rövşən Məmmədov mövzu ətrafında çıxışlar edərək, hər tərəfli müzakirələr aparıblar. 

Sonda tədbir iştirakçıları MKS-nin təşkil etdiyi sərgiyə baxış keçiriblər.

Rəmziyyə HƏSƏNOVA

Şərhlər