14.4 C
Aghjabadi
Cümə axşamı, Oktyabr 28, 2021

Regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə onlayn görüş

7 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə Zoom platforması üzərindən onlayn görüş keçirilib.

“Region mətbuatının mövcud vəziyyəti və perspektiv inkişaf hədəfləri” mövzusunda keçirilən görüşdə Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əhmədov MEDİA Agentliyinin əsas fəaliyyət istiqamətlərinin Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması olduğunu bildirib.

Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli vurğulayıb ki, indiyədək region mətbuatından Agentliyə daxil olan müraciətlərə baxılıb, regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə intensiv ünsiyyət qurularaq problemləri əhatəli şəkildə müzakirə olunub. Qeyd olunub ki, konfransın əsas məqsədi mövcud çətinliklərin öyrənilməsi, təkliflərin dinlənilməsidir.

Görüşdə çıxış edən “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, “Aran” qəzetinin baş redaktoru Məhsəti Ağayeva, “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov, “Yeni Tərtər” qəzetinin redaktoru Tofiq Yusifov və digərləri bölgə qəzetlərinin maddi-texniki bazasının gücləndirilməsinin, yaradıcılıq imkanlarının genişləndirilməsinin, region mətbuatına dövlət dəstəyinin zəruriliyini vurğulayıblar.

Strateji planlaşdırma departamentinin direktoru Rasim Bağırov tədbirdə səslənən təkliflərin təhlil ediləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, Medianın İnkişafı Agentliyi tərəfindən aidiyyatı qurumlarla görüşlər keçirilir, region mətbuatının inkişafının sürətləndirilməsi istiqamətində layihələr üzərində işlənilir.

Xəbər lenti

Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olundu

27 oktyabr 2021-ci il tarixdə  karantin qaydaları gözlənilməklə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Aşıq Ələsgərin yubileyi ilə əlaqədar Ağcabədi gəncləri üçün inkişaf...

Şəhid ailəsi üçün ev tikilir

Zülfüqar Rəhim oğlu Mirzəyev 21 fevral 1967-ci ildə Füzuli rayonunun Əbürrəhmanlı kəndində anadan olub. 1985-1987-ci illərdə Moskvada ordu...

Şəhid ailəsi ziyarət olunmuşdur

YAP Ağcabədi rayon təşkilatı II Qarabağ müharibəsində şəhid ailələrinin və qazilərin ziyarətini davam etdirir.            ...

Görkəmli rəssam Bakıda Beynəlxalq konfransda iştirak edib

Elimizin,obamızın fədakar övladları respublikamızın hüdudlarından kənarda belə, öz istedadları, bacarıqları və səmərəli fəaliyyətləri ilə rayonumuzun adını daim uca tuturlar. Onlar yaşadıqları, çalışdıqları...

Vətənpərvər müəllim

27 sentyabr 2020-ci il ildə  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistan silahlı qüvvələrinə qarşı cəbhəboyu ərazilərdə əks-hücum əməliyyatına başlayan rəşadətli...

Rəsm qalereyasının bu günü və sabahı

Rəsm qalereyası 2005-ci ildən etibarən Ağcabədi Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərir. Yarandığı gündən qalereyaya rəssam Əkbər İsayev rəhbərlik edir. Əkbər müəllimlə...

Başlıbel faciəsi Koreya mətbuatında işıqlandırılıb

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan Başlıbel faciəsi haqqında məqalə Cənubi Koreyanın nüfuzlu "The Korea Post" qəzetində yayımlanıb. 525.az...

Dağılmış evlərin bərpasına 15 milyon manat xərclənəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda (1 və 2), Gəncə şəhərində,...

Ağcabədi rayonundakı evdən naqil oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıblar

Ağcabədi rayonu ərazisindəki evlərin birindən naqil oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, rayon ərazisindəki...

Şəhidlərin yas mərasimləri keçirilib

Bu günlərdə Vətən Müharibəsində şəhid olmuş Kəbirli kəndindən olan Təhmasib Qarayev, Hacıbədəlli kəndində Dəyanət Əliyev və Yuxarı Qıyamaddınlı kəndində Sahil Məmmədovun il...

Şərhlər