17.1 C
Aghjabadi
Şənbə, May 21, 2022

Vətən müharibəsi qazisi ilə görüş

   Oktyabrın 5-də Vətən müharibəsinin ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədovun rəhbərliyi altında, sözügedən qurumun əməkdaşları, media mənsubları II Qarabağ savaşının qəhrəmanı, qazi Samir Mamedovun ailəsini ziyarət ediblər. Samir Mamedov Vətən müharibəsi günlərində Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının erməni işğalından azad olunması uğrunda gedən qanlı döyüşlərdə igidliklə vuruşub, mənfur düşmənə sarsıdıcı zərbələr vurub. Qorxubilməz el oğlumuz Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə mərdlik nümayiş etdirib, lakin həmin ərazidə döyüşlərin birində ağır yaralanıb. Qazi S.Mamedov göstərdiyiqəhrəmanlıqlara görə döyüş medalları ilə təltif olunub. Müharibə zamanı bədənindən aldığı ağır yaralara görə  qazimizə II qrup əlillik dərəcəsi təyin olunub.

  Qarabağ döyüşçüsünə baş çəkən YAP rayon təşkilatının sədri Rövşən Əhmədov tədbir zamanı çıxış edərək, Vətən müharibəsində rayonumuzdanolan igid döyüşçülərin qəhrəmanlığından geniş söhbət açıb. Samirin adını xüsusi olaraq vurğulayıb. Onun ünvanına səmimi ürək sözlərini bildirib.

 Sonda qazinin valideynləri ziyarət iştirakçılarına göstərdikləri diqqət və qayğıya görə öz dərin təşəkkür, minnətdarlıqlarını bildiriblər.

                                                                                           Hüseyn Quluzadə

Xəbər lenti

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

“Rəqəmsal icra hakimiyyəti”

“Rəqəmsal icra hakimiyyəti” portalı istifadəyə verilib. Portal vətəndaş qəbulu, xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla 4 istiqamətdə vətəndaşlara xidmət göstərir.

Şərhlər