14.4 C
Aghjabadi
Cümə axşamı, Oktyabr 28, 2021

Rayon dövlət arxivinin fəaliyyəti genişləndirilib

Arxiv dövlətin və millətin inkişaf yolu barədə həqiqətlərin öyrənilməsi və qorunması məbədidir. Cənubi Qafqazda ilk dəfə olaraq 1921-ci ildə Azərbaycanda yaradılmış dövlət arxivi 100 illik şərəfli yol keçib. Bu gün sözügedən qurum xalqımızın mədəni-tarixi irsinin toplanılması, mühafizəsi, vətəndaşların sosial hüquqlarının qorunması sahəsində önəmli əhəmiyyət kəsb edir. Müstəqillik dönəmində respublikamızda dövlət arxiv şəbəkəsinin genişlənməsi, zənginləşməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Hazırda ölkənin şəhər və rayonlarında dövlət arxivləri geniş fəaliyyət göstərir. Ağcabədi rayon İcra Hakimiyyəti başçısı yanında Dövlət Arxivi də onların sırasında xüsusi yer tutur. 

Adıçəkilən dövlət arxivinin müdiri Altun Xəlilovun sözlərinə görə, burada şəhər, qəsəbə və kəndləri, idarə və təşkilatları əhatə edən 168 fondda 18 min 208 iş üzrə sənədlər qorunub, saxlanılır.Vaqif küçəsi 16 ünvanında yerləşən arxivdə sənədlərin lazımı qaydada qorunub, saxlanılması üçün hər cür şərait var. Bu məqsədlə arxivin binasıda müvafiq otaqlar ayrılıb.

Arxiv müddirinin dediyi kimi,sözügedən qurum tərəfindən XIX əsrdən qalmış sənədlərlə yanaşı, sovetlər dövrünün ilk illərindən tutmuş, sonrakı illərə aid olan materiallar da mühafizə edilir. Dövlət arxivinin əməkdaşları tərəfindən vətəndaşlara nümunəvi xidmət göstərilməsi diqqət mərkəzində saxlanılır. Onların müraciətlərinin vaxtında və qanuni tələblər baxımından həll olunması üçün konkret tədbirlər görülür. 

Ağcabədi regional Asan Xidmət Mərkəzi ilə əlaqəli fəaliyyət göstərildiyini vurğulayan A.Xəlilov sözügedən qurum tərəfindən edilən sorğuların cavablandırılması üçün bütün imkanlardan səmərəli istifadə olunduğunu qeyd edib. 

hya PAŞAZA

Xəbər lenti

Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olundu

27 oktyabr 2021-ci il tarixdə  karantin qaydaları gözlənilməklə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Aşıq Ələsgərin yubileyi ilə əlaqədar Ağcabədi gəncləri üçün inkişaf...

Şəhid ailəsi üçün ev tikilir

Zülfüqar Rəhim oğlu Mirzəyev 21 fevral 1967-ci ildə Füzuli rayonunun Əbürrəhmanlı kəndində anadan olub. 1985-1987-ci illərdə Moskvada ordu...

Şəhid ailəsi ziyarət olunmuşdur

YAP Ağcabədi rayon təşkilatı II Qarabağ müharibəsində şəhid ailələrinin və qazilərin ziyarətini davam etdirir.            ...

Görkəmli rəssam Bakıda Beynəlxalq konfransda iştirak edib

Elimizin,obamızın fədakar övladları respublikamızın hüdudlarından kənarda belə, öz istedadları, bacarıqları və səmərəli fəaliyyətləri ilə rayonumuzun adını daim uca tuturlar. Onlar yaşadıqları, çalışdıqları...

Vətənpərvər müəllim

27 sentyabr 2020-ci il ildə  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistan silahlı qüvvələrinə qarşı cəbhəboyu ərazilərdə əks-hücum əməliyyatına başlayan rəşadətli...

Rəsm qalereyasının bu günü və sabahı

Rəsm qalereyası 2005-ci ildən etibarən Ağcabədi Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərir. Yarandığı gündən qalereyaya rəssam Əkbər İsayev rəhbərlik edir. Əkbər müəllimlə...

Başlıbel faciəsi Koreya mətbuatında işıqlandırılıb

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan Başlıbel faciəsi haqqında məqalə Cənubi Koreyanın nüfuzlu "The Korea Post" qəzetində yayımlanıb. 525.az...

Dağılmış evlərin bərpasına 15 milyon manat xərclənəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda (1 və 2), Gəncə şəhərində,...

Ağcabədi rayonundakı evdən naqil oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıblar

Ağcabədi rayonu ərazisindəki evlərin birindən naqil oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, rayon ərazisindəki...

Şəhidlərin yas mərasimləri keçirilib

Bu günlərdə Vətən Müharibəsində şəhid olmuş Kəbirli kəndindən olan Təhmasib Qarayev, Hacıbədəlli kəndində Dəyanət Əliyev və Yuxarı Qıyamaddınlı kəndində Sahil Məmmədovun il...

Şərhlər