23.3 C
Aghjabadi
Çərşənbə axşamı, May 24, 2022

Şəhidə həsr olunmuş tədbir keçirilib

Ağcabədi Rayon MKS-də Vətən müharibəsinin 1-ci il dönümü  münasibəti ilə silsilə tədbirlər davam edir. 3 oktyabr 2021-ci il tarixdə  Ağcabədi rayon MKS-nin 1 saylı Hindarx qəsəbə kitabxana filialının işçiləri oxucularla birlikdə qəsəbənin ən gənc şəhidi Rəhimli Ömər Rəşad oğluna həsr olunmuş “Qəhərman Şəhidimiz” başlığı altında tədbir təşkil olunub.     

Tədbir iştirakçıları Ömər Rəhimlinin  məzarını ziyarət ediblər. Sözügedən qəsəbə kitabxana filialının müdiri Vəsilə Məmmədova bildirib ki, Ömər Hindarx qəsəbəsinin Vətən sevgisini ürəyinin başında gəzdirən qeyrətli oğullarından biridir. O, hələ uşaqlıqdan kitabxananın fəal oxucusu olub. Həmişə vətənpərvər oğul kimi böyüyəndə torpaqlarımızı azad edib, göz bəbəyi kimi qoruyacağını söyləyərdi. Vətən müharibəsi zamanı Ömər Rəhimli hərbi xidmətdə olsa da, ön cəbhəyə atıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Laçın, Xocavənd və Daşaltı uğrunda gedən döyüşlərdə iştirak edir. Hər dəfə torpaqlara baxanda deyərmiş ki, “Nə yaxşı ki, bu torpaqları qaytara bildik. İndi adam rahat ölə bilər.” Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Ömər Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Tədbirdə çıxış edənlərin hər biri Ömərin qəhrəmanlığından söz açıb, onun haqqında xatirələrini bölüşdülər. Onlar torpaqlarımızın azad edilməsi uğrunda həlak olan şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləyiblər. Tədbir iştirakçıları Ömərin Rəhimlinin adı verilmiş küçədə xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.

Təranə Məmmədova,

Ağcabədi rayon MKS-nin 

direktor müavini

Xəbər lenti

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

Şərhlər