Təbrik edirik!

Ölkə Prezidenti İlham Əliyev 5 oktyabr 2021-ci il tarixdə Müəllimlər Günü münasibəti ilə respublikanın bir qrup təhsil işçisinin əməkdar müəllim fəxri adına layiq görülməsi barədə Sərəncam imzalayıb. Təqdirəlayiq haldır ki, onların sırasında tanınmış pedaqoq, Ağcabədi şəhər 9 saylı tam orta məktəbinin “Tərəqqi” medallı xarici dil müəllimi Rəna Muradova da vardır. R.Muradova bu fəxri ada son illər rayonda göstərdiyi səmərəli pedaqoji fəaliyyətinə görə layiq görülüb. “Aran” qəzetinin kollektivi Rəna müəllimi bu yüksək fəxri ad münasibətilə təbrik edir, ona can sağlığı və gələcək işlərində yeni uğurlar arzulayır. 

“ Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləMüəllimlik zirvəsi
Növbəti məqalədəXalqımızın böyük oğlu

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com