BMT-nin İnkişaf Proqramı və UNHCR-ın (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığ) maliyyə dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Azərbaycanın Füzuli-Horadiz, Ağcabədi və Tərtər rayonlarında əhalinin həssas qruplarının erkən dayanıqlığının təmin edilməsi” layihəsinə əsasən təşkil olunan təlimlərə yekun vurulub.
8 oktyabr 2021-ci il tarixdə Ağcabədi rayon Statistika İdarəsində sözügedən təlimlərdə fəal iştirak edən rayon icra hakimiyyəti aparatının bir qrup əməkdaşlarına və ərazi inzibati nümayəndələrinə sertifikatlar təqdim olunub.
“Aran”