Gənclərin İnkşaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, eyni zamanda fotoqrafya sahəsində bacarığı olan gəncləri üzə çıxarılmaq məqsədilə “Könüllü fotoqraf” adlı müsabiqə keçirilmişdir. Müsabiqədə həvəskar fotoqraflar fəal iştirak ediblər. Gənclər öz kamera və telefonları ilə çəkdikləri fotoları mərkəzin rəsmi “mail” ünvanına göndərərək, yarışda iştirak etmək hüququ qazanıblar. Müsabiqə 3 gün davam edib. Yarışmada iştirak etmək üçün göndərilən fotolar münsiflər heyəti tərəfindən seçilərək yarışmada iştirak hüququ qazanıb. Yarışmada iştirak etmək hüququ qazanan gənclər Ayxan Mammedov, Səbinə Qənbərova, Nur Zeynalova, Vüsalə Kazımova və Famil İsmayılzadənin göndərdikləri fotolar seçilərək mərkəzin rəsmi instagram səhifəsində paylaşılaraq səs verməyə buraxılıb. Səsvermə nəticəsində ən çox 459 səslə Nur Zeynalova müsabiqənin qalibi olmuşdur. Ona məxsus foto mərkəzin rəsmi sosial şəbəkələrində paylaşılmışdır.
“Aran”