23.3 C
Aghjabadi
Çərşənbə axşamı, May 24, 2022

Sarıcalıda müasir tipli yeni məktəb binası inşaolunur

Son vaxtlar rayonumuzda məktəb tikintisi sahəsində mühüm addımlar atılır. Bölgənin kəndlərində köhnə, əlverişsiz məktəb binaları yeniləri ilə əvəz olunur. Müasir standartlar səviyyəsində inşa olunan yeni məktəb binaları həm kənd sakinləri, həm də müəllim və şagird kollektivləri tərəfindən böyük razılıq hissi ilə qarşılanır.

Sarıcalı kəndində də 360 şagird yerlik yeni məktəb binası inşa edilir. Tikinti işləri respublika təhsil nazirliyinin vəzaiti ilə THES Konstruksiyon MMC tərəfindən həyata keçirilir. Sarıcalı kənd tam orta məktəbi üçün nəzərdə tutulmuş sözügedən binanın tikintisinə ötən ildən başlanılıb. Müasir tələblərə uyğun inşa olunan ikimərtəbəli tədris korpusu 19 sinif otağından, labaratoriya otaqlarından, yeməkxana və akt zalından ibarətdir. Burada həm qapalı, həm də açıq idman meydançaları da fəaliyyət  göstərəcək. Məktəb binasını qış dövründə istiliklə təmin etmək üçün qazanxana, işıqlandırma üçün isə transformator quraşdırılıb. Binada içməli su xətti də çəkiləcəkdir.

Hazırda məktəb binasında son tamamlama işləri aparılır. Sarıcalı kənd tam orta məktəbinin yeni binasının yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.

Xəbər lenti

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

Şərhlər