Rayonun suvarma sistemləri idarəsi tərəfindən bölgə ərazisində payızlıq kənd təsərrüfatı bitkiləri əkin sahələrinin suvarılması məqsədi ilə kanalların lildən təmizlənilməsinə başlanılıb. Adıçəkilən idarənin rəisi Malik Mirzəyevin sözlərinə görə, kollektivin bütün imkanları bu sahəyə yönəldilib. İdarəyə məxsus ağır texnikanın gücü ilə rayonun Qaravəlli, Qiyamadınlı, Təzəkənd və şəhərin Üzeyir Hacıbəyli adlanan ərazisində əkin sahələrinin suvarılmasına xidmət edən kanalların lildən təmizlənilməsi işləri genişlənib.
Qeyd olunub ki, görülmüş işlər nəticəsində kanalların ötürücülük qabiliyyəti artırılır. Bu da, öz növbəsində su itkisinin qarşısının alınmasına səbəb olacaq. Hazırda suvarma kanallarının qalan hissələrinin təmizlənilməsi istiqamətində tədbirlər davam etdirilir.
Yəhya PAŞAZADƏ