“Zərdabi yolu” Tədris Mərkəzinin Ağcabədi filialı fəaliyyətini genişləndirib

“Zərdabi yolu” Tədris Mərkəzinin Ağcabədi filialı 2020-ci ilin əvvəlindən fəaliyyətə başlayıb. Filial COVİD-19 pandemiyası ilə əlaqədar olaraq bir müddət onlayn formasında işləməli olub. Bu ilin sentyabrından fəaliyyətini ənənəvi qaydada davam etdirən sözü gedən tədris mərkəzi tam şəkildə işini davam etdirir. “Zərdabi yolu” Tədris Mərkəzinin ofisi Zərdab rayonunun mərkəzində yerləşir. Adı çəkilən mərkəzə Natiq Eyvazov rəhbərlikedir. Mərkəzin Ağcabədi rayonu üzrə menedjeri Şükran Cümşüdovadır. Onun sözlərinə görə burada məktəbə qədər, riyaziyyat, Azərbaycan dili, rus dili, ingilis dili fənləri, loqoped, psixoloq, kompüter, sürücülük, rəsm, rəqs, gitara, şahmat, gimnastika, məntiq və oxu üzrə kurslarda hazırlıq işləri aparılır. Bunlardan əlavə “Zərdabi yolu” Tədris Mərkəzinin Ağcabədi filialında müəllimlərin işə qəbul sertifikasiyası və magistr pilləsiüzrə hazırlıq kursları da fəaliyyət göstərir.

Tədris-təlim mərkəzinə hazırlıq işlərini təşkil etmək üçün 15 nəfər yüksək ixtisaslı müəllim kadrları cəlb olunub. Öz işinin öhdəsindən layiqincə gələn pedaqoji heyət 258 nəfər dinləyici iləməşğul olur. Mövcud tədris kursları 3-4, 5-6 yaşlı uşaqlar, I-XI sinif şagirdləri üçün nəzərdə tutulub.

Sözügedən tədris mərkəzinin Ağcabədi filialında kursların təşkiliüçün hər cür şərait yaradılıb, müvafiq təlim-tərbiyə işləri üçünotaqlar ayrılıb. Şükran Cümşüdova bunları da əlavə edib ki, tədrisotaqları lazımi invertar və avadanlıqlarla, eləcə də tədrisləvazimatları ilə təchiz olunub. “Zərdabi yolu” Tədris Mərkəzinin Ağcabədi filialı bundan sonra fəaliyyətini müasir tələblər səviyyəsində quracaq, hazırlıq işlərinin nümunəvi şəkildə qurulması üçün bütün imkanları səfərbərliyə alacaqdır.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com