23.3 C
Aghjabadi
Çərşənbə axşamı, May 24, 2022

Dövlət qulluqçusuna qarşı qarayaxma kampaniyası aparmaq kimlərin marağındadır?

Şübhə yox ki, tezliklə ictimai rəy “it hürən” deyil, “işıq gələn” tərəfə yönələcək

 Dövlət qulluğunun başlıca funksiyası, onun mahiyyəti – dövlətə qulluq etmək, dövlət və cəmiyyət, dövlət və onun vətəndaşları arasında dayanıqlı əlaqəni yaratmaq, öz fəaliyyətində əməli surətdə demokratik prinsipləri realizə etmək, vətəndaş cəmiyyətinin genişləndirilməsinə şərait yaratmaqdır.

Dövlət qulluqçularının hazırlıq səviyyəsinin və iş keyfiyyətlərinin yüksək olması çox vacibdir. Yalnız yüksək peşəkarlıqla, dərin biliklə, kreativ düşüncə tərzi ilə, ən başlıcası vətənə, xalqa, dövlətə sədaqət hissi ilə bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək mümkündür. Dövlət qulluqçularının müsbət imici xalqın dövlətə münasibətinin formalaşmasında mühüm rol oynayır.

Gəlin razılaşaq ki, dövlət qulluqçusunun qarşısına qoyulan bütün bu tələblərə cavab verən kadrların qədri bilinməli, onların müsbət imicinə ziyan vuracaq hər hansı haqsız iddiaların, şər-böhtanın qarşısını almaq bütün cəmiyyətin marağında olmalıdır. Xüsusilə belə məsələlərdə kütləvi informasiya vasitələri ehtiyatlı, həssas olmalı, yetərincə dəqiqləşdirilməmiş məlumatları dövriyyəyə buraxmamalıdırlar.

Amma çox təəssüf ki, Azərbaycanın informasiya məkanında müşahidə olunan “sensasiya” dalınca qaçmaq kimi mənfi tendensiya hərdən hətta nümunəvi dövlət qulluqçularının da nüfuzuna xələl gətirir. Müasir Azərbaycan reallığında pis şayiələrin nişangahına tuş gəlmiş təmiz adamlar, tərəqqipərvər vətəndaşlar, vicdanlı dövlət qulluqçuları, hökumət məmurları az deyildir. Ölkəmizdə yaranmış söz azadlığından sui-istifadə edənlər hədəf seçdiklərinin barəsində hədyan, böhtan yayır, bu yolla öz cılız məqsədlərinə çatmaq istəyirlər. Vəzifəli şəxsin haqqında yayılmış mənfi informasiyanın yalan olduğu sübuta yetirildiyi təqdirdə belə, yenə də təsirsiz ötüşmür. Onun barəsində ictimai fikir haçalanır, kimsə “ocaq yanmasa, tüstü çıxmaz” – atalar sözünü yada salır və s.

Haqqında söz açdığımız perspektivli dövlət qulluqçusu, Ağcabədi RİH-nin Hüquq Şöbəsinin müdiri Hüseynov Hafiz Ədalət oğlu orta məktəbi fərqlənmə ilə bitirib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. Hal-hazırda Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır. Hafiz müəllim çalışdığı kollektivin üzvlərinə, eləcə də rəhbərlik etdiyi şöbəyə müraciət edən vətəndaşlara münasibətdə tutduğu obyektiv mövqe, müxtəlif məsələlərin həllində ədalətli yanaşma tərzi insanları cəlb edir. Ona sualla müraciət edənləri məmnunluq hissi ilə cavablandırması, həmin suala verdiyi şərhi, fikirlərinin sərrastlığı, məzmunluluğu, əhatəliliyi heyranlıq doğurur. O, hörmət-izzəti tutduğu vəzifəyə görə qazanmayıb. Əksinə, həmişə tutduğu vəzifəyə hörmət qazandırıb.Prinsipial, özü, sözü, xarakteri bütöv olan Hafiz müəllim xeyirxah işlərdə nə qədər səxavətlidirsə, hansısa bir haqsız işə, qeyri-obyektiv qəbul edilmiş qərara qarşı eyni qədər barışmaz və dönməzdir.

Təmiz ad çox qiymətlidir, onu qazanmaq üçün insanın Hafiz Hüseynovun malik olduğu kimi yüksək məziyyətləri olmalıdır. Əgər onu daşıyan adamın özü və ətrafı yüksək səviyyəlidirsə, təmiz ad – san rəğbət oyadır və həmin şəxsi əzəmət şəfəqinə bürüyür. Bu şəfəqin şüaları çoxlarının gözünü qamaşdıra bilər.

Bir ay öncə Ağcabədi rayonunun Avşar kənd sakini, 1986-cı il təvəllüdlü Şirinov Vətən Pöhrüz oğlu qonşusu ilə aralarında baş vermiş mübahisədən dolayı Hafiz müəllimin barəsində

yuxarı instansiyalara və KİV-ə həqiqətdən uzaq məlumatlar vermişdir. Yol problemi ilə əlaqədar mübahisə vəziyyətində olduğu həmkəndlisi Fazil Rəhimovun el içində Hafiz Hüseynova arxalandığını deməsi Vətən Şirinovda yanlış fikir formalaşdırmış və o, əsəbləşərək bu barədə, üstəlik, Hüseynovun guya vətəndaşlara saxta COVİD-19 pasportlarının verilməsində əlinin olması haqda yalan məlumatlar yaymışdır.

Çox keçmədən səhvini başa düşən Vətən Şirinov şikayət etmiş olduğu adresatlara – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, baş prokuror cənab Kamran Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə yenidən müraciət edərək, tutduğu əməlindən peşiman olduğunu bildirmişdir. V.Şirinov eyni zamanda H.Hüseynov barəsində verdiyi yanlış məlumatları dəqiqləşdirmədən yayan sayt rəhbərliyinə də məktub yazaraq, həmin informasiyanı təkzib etdiyini bildirmiş, əvvəlki yazının internet resurslarından silinməsini, hazırki mövqeyinin paylaşılmasını xahiş etmişdir. Buna baxmayaraq, sayt rəhbərliyi hərəkətsizlik göstərərək, hansısa başqa maraqlar naminə onun xahişini yerinə yetirməmişdir. Təbii ki, belə olan halda vəzifəli şəxsə şər-böhtan atmağın bütün məsuliyyəti KİV orqanının üzərinə düşür. Haqlı olaraq belə bir sual doğur: Media orqanının rəhbərliyi hansı korporativ maraqlar naminə, kimlərin təkidi ilə bütün bu məsuliyyətin altına girərək, özünün yol vermiş olduğu yanlışlığı (yumşaq ifadədir – müəllif.) düzəltməyə tələsmir, yəqin ki mümkün qədər çox oxucunun nəzərini cəlb etsin deyə həmin hədyan məlumatın internet resurslarından çıxarılmasını yubadır? Bəlkə kimlərdənsə aldığı sifarişi – dövlət qulluqçusunu məqsədli şəkildə ləkələmək öhdəliyini yerinə yetirir?

“Tələsmir”, “yubadır” ifadələrini ona görə işlədirik ki, bizim çəkdiyimiz misalda kütləvi informasiya vasitəsinin lazım gəldiyi təqdirdə tələsməyə, məsələni yubatmamağa məcbur edilməsi, həmçinin məsuliyyətə cəlb olunması zamanla həll olunası məsələdir və buna nail olmaq üçün hüquqşünas H.Hüseynovun məhkəməyə müraciət etməsi yetərlidir. Hətta bəlkə də daha məqsədəuyğun olar ki, əvvəlcə bu məsələni hüquq-mühafizə, cinayət təqibi orqanları təhqiq etsinlər. Lakin məgər pis olarmı ki, V.Şirinov səhvini boynuna aldığı kimi, onun səhvini tirajlayan KİV orqanı da öz xoşu ilə adekvat addım atsın? Onsuz da sağlam düşüncəsi olan heç kəs inanmaz ki, İcra Hakimiyyətinin hüquqşünası birbaşa vəzifə səlahiyyətinə aid olmayan işi görə (saxta COVİD-19 pasportu paylaya – müəllif.) bilər. Şübhə yoxdur ki, tezliklə ictimai rəy necə deyərlər, “it hürən” deyil, “işıq gələn” tərəfə yönələcək.

Ceyhun Rüstəmov
adalet.az

Xəbər lenti

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

Şərhlər