2.5 C
Aghjabadi

Füzuli şəhəri 2020-ci il 17 oktyabr tarixində işğaldan azad olunmuşdur

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin əmri ilə başlanmışdır. 

Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.

Vətən müharibəsinin gedişində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir.

Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. 

17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunmuş torpaqlarımızın inkişafını görən həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və rahat olacaqdır.

Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında kitablar yazılacaqdır. 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.

Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir.

Baxmayaraq ki, namərd, xain düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur və bunun nəticəsində azyaşlı uşaqlar həlak olurdu, Azərbaycan Ordusu bu əməllərin qisasını mülki vətəndaşlardan almırdı. Biz döyüş meydanında qisasımızı almışıq və həlak olanların qanı yerdə qalmayıb.

Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Qələbəni görən və bu hissləri yaşayan xalq xoşbəxtdir. Azərbaycan xalqı əmindir ki, ölkənin inkişafı, cəmiyyətin rifahı və milli maraqların qorunması naminə bütün lazımi işlər görülüb və görüləcəkdir.

2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna gəldilər. İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı. Sonradan Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyuldu. Cari ildə ölkə rəhbəri Füzuliyə 4 dəfə səfər etmişdir. Bu səfərlər çərçivəsində, o cümlədən  Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu, Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanışlıq və “Füzuli” yarımstansiyasının açılışıoldu.

Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılacaq bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir. Görülən işlər nəticəsində Füzuli rayonu ölkəmizin ən gözəl guşələrindən birinə çevriləcəkdir.

Xəbər lenti

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Şərhlər