19.6 C
Aghjabadi

Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar əməyimə yüksək qiymət verərək məni «Əməkdar müəllim» fəxri adı ilə təltif etdiyinizə görə Sizə fəxarət, sevinc hissi ilə böyük ehtiramımı və dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzulayıram.

Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi ki, həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.

Siz müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirərək, Azərbaycanın dinamik inkişafı, dünya birliyinə inteqrasiya etməsi üçün xalqını, dövlətini sevən bir rəhbər kimi hamımızın qəlbində əbədi yer tutmusunuz. Sizin rəhbərliyiniz altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad etdi və xalqımız tarixə şanlı hərflərlə Qələbə sözünü yazdı. Qazandığımız şanlı Zəfər, möhtəşəm Qələbə Azərbaycanda tarixən formalaşan multikultural və tolerant dəyərlərin, xalq-dövlət-ordu birliyinin təntənəli nəticəsidir. Məhz bu vəhdət nəticəsində hər bir Azərbaycan vətəndaşı Müzəffər Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!» sözləri altında səfərbər olmağı bacardı və erməni vandallarından torpaqlarımızı azad etməklə Vətən sevgisinin hər şeydən üstün olduğunu bir daha sübut etdi.

Hörmətli cənab Prezident, müəllimlik peşəsini yüksək qiymətləndirərək məni təltif etdiyiniz üçün Sizə bir daha öz adımdan və ailə üzvlərimin adından dərin minnətdarlığımı bildirir, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, ölkəmizin tərəqqisi və xalqımızın xoş gələcəyi naminə apardığınız ardıcıl, məqsədyönlü fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Ulu Tanrı Sizi qorusun.

Böyük hörmət və ehtiramla,

Rəna Muradova,

“Tərəqqi” medallı Əməkdar müəllim

Azərbaycan Respublikası, Ağcabədi şəhəri. 

Xəbər lenti

27 Sentyabr Anım günü

https://www.youtube.com/watch?v=PJxvsrtJ5jo

Qəhrəman tankçı Dəyanət Əliyevin doğum günü qeyd olundu -VİDEO

https://www.youtube.com/watch?v=wlUOaSzF9vs

Rəşad Məcid Mətbuat Şurasına sədr seçildi

Rəşad Məcid Azərbaycan Mətbuat Şurasının sədri seçilib. Bu gün Jurnalistlərin VIII qurultayı çərçivəsində həyata keçirilən səsvermədə "525-ci qəzet"in baş...

Vətən müharibəsi şanlı zəfər tariximizdir

Əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir....

Ağcabədi şəhidi ilə vidalaşıb – BAKU TV (VİDEOREPORTAJ)

https://www.youtube.com/watch?v=3kJ1prZQu74&t=23s

Ağcabədidə pambıq yığımına başlanıldı – VİDEO

https://www.youtube.com/watch?v=L1kZM3Aoxfs

Qarabağ Atçılıq Zavodunun direktoru: Qarabağ atları öz yurduna qayıtdıqdan sonra cins əlamətlərini daha da zənginləşdirəcək

Respublikamızın dilbər guşələrindən olan Qarabağ füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nəfis xalçaları ilə yanaşı, həm də nadir cins atları ilə dünyada...

Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır

Ölkəmizin gücünə güc qatan müqavilə             28 il bundan əvvəl 1994-cü ilin sentyabr ayının 20-də Bakıda Azərbaycan və dünyanın...

Çoban, qaytar quzunu…

Hər dəfə yaylaq haqqında düşünəndə hər qarışında uşaqlığımın keçdiyi buz bulaqlı, şehli çəmənlər, qüdrətdən səngərli, qalalı dağlar yadıma düşür, xatirələr qəlbimdə şimşək...

Ənənə davam etdirilir

         Yeni tədris ilinin başlanması münasibətilə ötən illərdə olduğu kimi Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən şəhid və müharibə iştirakçılarının övladları, həmçinin hər...

Şərhlər