Müraciətlər vaxtında həllini tapır

Ağcabədi rayon İcra Hakimiyyəti yanında Müraciətlərə Operativ Baxılma Mərkəzi (MOB) rayon sakinləri tərəfindən edilən müraciətlərin vaxtında həll olunması istiqamətində mühüm addımlar atır. 

Ağcabədi şəhər Ə.Bünyadov küçəsində yaşayan Vətən müharibəsi iştirakçısı Ramil Babayev tərəfindən müraciət də bu qəbildəndir. Həmin müraciətdə R. Babayevə məxsus olan yaşayış evinə çəkilmiş elektirik kabeli yararsız olduğuna görə külək əsən zaman tez-tez sıradan çıxdığı bildirilir. Bununla əlaqədar köməklik göstərilməsi xahiş olunub. 

Müraciət Ağcabədi Elektirik Şəbəkəsinə çatdırılıb. Sözügedən şəbəkə tərəfindən qazinin tələbi ödənilib. Onun mənzilinə yeni elektirik xəti çəkilib. 

Bir qrup Yuxarı Qiyaməddinli kənd sakinləri tərəfindən ünvanlanan digər müraciətdə isə ildırım vurması nəticəsində kənd ərazisində yerləşən transformatorun sıradan çıxdığı göstərilib və lazımı köməklik göstərilməsi xahiş edilib. 

Bununla bağlı Ağcabədi Elektirik Şəbəkəsi rəhbərliyi ilə əlaqə saxlanılıb. Görülmüş tədbirlər nəticəsndə Yuxarı Qiyaməddinli kəndi ərazisində yeni transformator quraşdırılıb.

Şəhər sakini Ramil Babayev və Yuxarı Qiyaməddinli kənd sakinləri göstərilən diqqət və qayğıya görə Ağcabədi rayon İcra Hakimiyyəti rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər