16.6 C
Aghjabadi
Bazar ertəsi, Noyabr 29, 2021

Şəhidlərin doğum günü qeyd olunub

11 oktyabr 2021-ci il tarixdə  Vətən müharibəsində canını  fəda edən   Sarvanlar kəndindən olan şəhid  Həsən Quliyev və  Minəxorlu kənd sakini İntiqam  Hacıyevin doğum günü mərasimləri  keçirilmişdir. Mərasimdə rayon icra hakimiyyəti Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, yerli icra, bələdiyyə nümayəndələri,kənd sakinləri, ziyalılar, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, din xadimləri  və  media mənsubları   iştirak etmişdir.  Tədbir iştirakçıları əvvəlcə şəhid Həsən Quliyev və İntiqam Hacıyevın məzarlarını ziyarət edib, üzərlərinə tər-çiçək dəstələri qoyublar.Sonra doğum günü ilə əlaqədar tədbir davam etdirilib. İştirakçılar şəhidlərin  II Qarabağ Müharibəsində keçdiyi şərəfli döyüş yolundan və göstərdikləri qəhrəmanlıqlarından  söz açmış, onlar haqqında xatirələrini bölüşmüşlər. Qeyd edək ki şəhid Həsən Quliyevin doğum günündə onun xatirəsini əbədiləşdirmək  üçün Sarvanlar kəndində inşa olunmuş bulaq kompleksinin açılışı mərasimi keçirilmişdir.    

Hüseyn  QULUZADƏ

Fotolar:Mais İbrahimovundur

Əvvəlki məqaləMüraciətlər vaxtında həllini tapır
Növbəti məqalədəTədbir keçirilib

Xəbər lenti

Xatirə bulaq kompleksinin açılışı

Noyabrın 19-da Ağcabədi rayonunun Minəxorlu kəndində Birinci və İkinci Qarabağ müharibələrində qəhrəmancasına həlak olan 11 nəfər Minəxorlu şəhidlərinin xatirəsini əbədiləşdirən bulaq kompleksinin...

Şəhadətə ucalmasından bir il ötdü

Noyabrın 22-də Ömər Rəhimlinin şəhidliyə qovuşmasının ildönümü mərasimi onun doğulub boya-başa çatdığı Hindarx qəsəbəsində qeyd edilmişdir. Mərasimdə rayon icra...

Ödənişsiz müayinə aksiyası

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə “Green zone” sağlamlıq və estetika mərkəzinin...

Həsən Quliyevin xatirəsi anıldı

Noyabrın 21-də Ermənistan işğalçıları ilə gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olan şəhid Həsən Quliyevin ildönümü onun doğulduğu və dəfn olunduğu doğma Sarvanlar...

ELAN – Ağcabədi rayonunda məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi vəzifəsinə işə qəbul üzrə MÜSABİQƏYƏ start verilir

15 noyabr 2021-ci il tarixdən tərbiyəçilərin işə qəbulu üzrə müsabiqə üçün elektron qeydiyyat prosesinə başlanılır. Elektron qeydiyyat prosesi 15 noyabr – 01...

Laçın rayonu əhəmiyyətli geostrateji mövqeyə malikdir

Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun...

Nə yazdığınızı bilirsiniz?

                                                Yenə də məsələnin əslindən xəbəri olmayan jurnalistlərin hay-küyü, yenə də özlərini  müdafiəçi kimi göstərərək reytinq toplamaq istəyi...

Bənövşəyi eşqim

  Qəmər  Ayatam Qəmər Ayatam yazıçılıq iddiasında olmayan, sadəcə düşüncələrini, yaşadıqlarını qələmə almaqdan rahatlıq tapan bir xanımdır. O qədər...

Ağcabədidə tütün məmulatı oğurlayan şəxs saxlanılıb

Ağcabədi rayonunda mağazaların birindən 1500 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən...

Silsilə tədbirlər

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilib. YAP üzvü olmuş...

Şərhlər