Tədbir keçirilib

8 oktyabr 2021-ci il tarixdə Ağcabədi şəhər 8 saylı körpələr evi-uşaq bağçasında tədbir təşkil olunub. Tədbirdə bağçanın körpə fidanları Zəfərə gedən yolda 44 gün davam edən mübarizəmizi canlandırıblar. Uşaqlar müxtəlif rollar səsləndirərək, səhnəciklər nümayiş etdiriblər. Kollektiv tərəfindən uşaqların iştirakı ilə belə tədbirlərin müntəzəm şəkildə təşkil olunması nəzərdə tutulur.

Qeyd edək ki, bağçada körpələrin iştirakı ilə şəhidlərimizin xatirəsinə 42 ədəd ağac əkilib.

Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər