Təlim və tədbirlərin yekunu

Avropa İttifaqının maliyyə dəstəyi, UNİCEF və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Erkən Uşaqlıq Dövründə İnkişaf” (EUDİ) layihəsi əsasında bölgədə keçirilən təlim və tədbirlərə yekun vurulub. 

Bununla bağlı Ağcabədi Bayraq Muzeyində keçirilən “Bəsləyici qayğı” adlı tədbirdə təhsil işçiləri, məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları, valideynlər iştirak ediblər. Görüş zamanı EUDİ layihəsinin məzmun meneceri Fərid Süleymanov sözügedən layihə dövründə görülən işlər barəsində ətraflı  söz açmışdır.

Daha sonra tədbir peşəkar təlimçilər tərəfindən 2 hissəli şəkildə davam etdirilib. 

Qeyd edək ki, layihənin əsas məqsədi 8 yaşa qədər uşaqların sağlamlığı, düzgün qidalanması, təlim-tərbiyəsi, uşaqlarda inkişaf dinamikasının izlənməsi və inkişafın situmullaşdırılması ilə bağlı valideynləri, təhsil, tibb, sosial xidmət  mütəxəssislərini, o cümlədən həssas qrupa aid olan uşaqlara qayğı göstərən şəxsləri maarifləndirməkdən ibarətdir.

Rəmziyyə HƏSƏNOVA

Şərhlər