Uzaqları daha yaxın edək

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi kəndlərdə yaşayan gəncləri ziyarət ediblər.

Ağcabədinin mərkəzindən uzaqda yaşayan, mərkəzə gəlmək üçün nəqiliyyat və digər problemlər ilə qarşılaşan gənclər üçün Ağcabədi Gənclərin İnkişaf və Karyera Mərkəzi onları ziyarət etmiş və gənclərin yaşadıqları ərazidə nümayəndəlikləri yaradılıb. 

Bir neçə ay əvvəl yaradılan Pərioğullar kəndi nümayəndəliyini yenidən ziyarət edib nümayəndəliyiə qoşulmaq istəyən yeni gənclərlə görüş keçirilmişdir. Ağcabədi Gənclərin İnkişaf və Karyera mərkəzinin direktoru Fuad Əliyev çıxış edərək Mərkəzin gənclərə Gənclərin İnkişaf və Karyera mərkəzinin fəaliyyəti, gənclər üçün faydaları, eləcə də həyata keçirdiyi tədbirlər haqqında ümumi məlumat verib, gəncləri Ağcabədi nümayəndəliyinin üzvü olmağa dəvət edib. Görüş zamanı gənclərə Ağcabədi Gənclərin İnkişaf və Karyera mərkəzinin həyata keçirdiyi  fəaliyyətlər ilə bağlı videoçarxa baxılıb. 

Eyni zamanda gənclərin vaxtlarını səmərəli keçirilməsi məqsədi ilə gənclər arasında intellektual yarış keçirilmişdir. 3 mövzuda olan intellektual oyun “Vətənpərvərlik”, “Milli kinolarımız” və “Maraqlı hadisələr” başlığı ilə baş tutmuşdur. Qrupda 5 nəfərdən ibarət 4 komanda iştirak etmişdir. Bütün komandalar fəal iştirak etmiş, sonda bir komanda daha çox bal toplayaraq qalib olmuşdur. Hər bir gənci təbrik edərək, inkişaf və karyera yolunda uğurlar diləyirik. Tədbir Ağcabədi şəhər Pərioğullar kənd orta məktəbinin dəstəyi ilə baş tutub.

Şərhlər