Vətən müharibəsinin qəhrəmanı, qazi, II qrup Qarabağ əlili Bayramov Niyaz Knyaz oğlu Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun sərəncamı ilə rayon icra hakimiyyəti aparatında baş mütəxəssis vəzifəsinə təyin olunub.
Niyaz Bayramov 2002-ci il yanvarın 5-də Qaravəlli kəndində anadan olub. 2019-cu ildə Şahin Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbini bitirib. 2020-ci ildə başlanan Vətən müharibəsində fəal iştirak edib. Niyaz Bayramov Füzuli, Cəbrayıl, Qubadllı istiqamətində gedən gərgin döyüşlərdə igidlik göstərib. Həmin döyüşlərin birində ağır yaralanıb.
Vətən müharibəsi qazisi, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Niyazın qardaşı Xəzər Bayramov da Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə ucalıb.
N.Bayramovu yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq!