16.3 C
Aghjabadi

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar olaraq Ağcabədi və Ağdam rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir

16 Oktyabr 2021-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi və Ağdam rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə Zoom platforması üzərindən “Müstəqilliyin Bərpası – 30” adlı videokonfrans keçirildi.Ağdam rayon mədəniyyət işçilərinin iştirak etdiyi videokonfransı giriş sözü ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tarixən xalqımızın başına gətirilmiş müsibətlədən,cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin çox çətin şəraitdə yaradılmasından və  fəaliyyətindən ətraflı məlumat verərək bildirmişdir ki,1991 –ci ilin 18 Oktyabrında Azərbaycanın Dövlət Müstəqilliyi Haqqında Konsititusiya Aktının qəbul olunması ilə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.Lakin bildiyimiz kimi azadlığı qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.Bu çətin missiyanı üzərinə götürən ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra ilk öncə  Ermənistanla atəşkəs sazişi imzalandı,bununla da günahsız tökülən qanların qarışısı alındı,Azərbaycanı iqtisadi cəhətdən gücləndirmək üçün dünyanın aparıcı neft şirkətləri ilə  əsrin müqaviləsi adlı neft sazişi imzalandı,bütün sahələrdə canlanma müşahidə olundu. Daha sonra çıxış edən Ağdam rayon Heydər Əliyev Mərkəzinin baş  fond mühafizi  Elçin Cəfərov,Ağdam rayon mədəniyyət evinin nümayəndələri Fikrət Əliyev,Aynurə Cəfərova,Zənurə Mirzəyeva  qeyd etmişlər ki,Azərbaycan heç bir uğurunu,tarixi zəfərini asan əldə etməmişdir.Hər bir azərbaycanlının ən müqəddəs arzusu vətəni bütöv,azad və müstəqil görmək idi.27 sentyabr 2020-ci il tarixində isə biz xalq olaraq dünyaya birdaha sübut etdik ki,vaxtilə qazandığımız müstəqilliyimiz ,suverənliyimiz əbədidir,sarsılmazdır,dönməzdir.

Xəbər lenti

Gənc fermerlərlə görüş keçirilib

Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar bölgələrdə məqsədyönlü tədbirlər, görüşlər keçirilir. Noyabrın 25-də gənc sahibkarların...

Ermənistanın cinayətləri beynəlxalq hüquq normalarının Pozulmasıdır

    Ermənistanın insanlığa qarşı cinayətlərinin beynəlxalq aləmdə ifşa olunması vacib amildir. Bu cinayətlər barədə Prezident ilham Əliyev 15 noyabrda Albaniyada rəsmi səfər zamanı mətbuata verdiyi...

Laçın aeroportunun inşası bölgənin beynəlxalq statusunu artıracaq

Laçın qədim tarixə və zəngin təbii ehtiyatlara malikolan ərazilərimizdəndir. Rayon 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən...

Narkomaniya ilə mübarizə məqsədilə Ağcabədi rayonunda təlim təşkil olunub

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər...

Tədarük məntəqələrinə 285 min tondan çox pambıq təhvil verilib

Respublikada pambıq yığımı davam edir. Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 285743 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Hazırda...

Pielonefrit xəstəliyi haqqında bilmədikləriniz – HƏKİM DANIŞIR

Pielonefrit xəstəliyi sidik kisəsində infeksiya yayılmasından yaranır. İltihabi prosesin artması daxili kəskin inkişaf ilə bağlıdır. Xəstəlik tam müalicə olmadıqda, xroniki formaya keçir.

“Vətənin müdafiəsinə hazıram” Poliatlon çoxnövçülüyü üzrə rayon turniri keçirilmişdir

   24 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram”...

Anti-Azərbaycan təbliğatı İranın dəyişməz siyasətidir

  Azərbaycan bütün ölkələrlə o, cümlədən qonşuları ilə problemsiz münasibətlərin formalaşmasında maraqlıdır. Təəssüf ki, Azərbaycanın yerləşdiyi bölgədə qonşu olduğu dövlətlər bizim ortaya qoyduğumuz münasibətlərə...

RİH yanında İctimai Şura və “Aran” qəzetinin rəhbərləri tələbələrlə görüşüb

         Ağcabədi rayon İcra Hakimiyyəti yanında İctimai Şura və  “Aran” qəzetinin birgə təşkilatçılığı ilə Ağcabədi Pedaqoji Kollecinin tələbələri...

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı şəhid anasının dəvəti ilə onu evində ziyarət etdi

Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən istər I-ci Qarabağ müharibəsi , istərsə də vətən müharibəsi şəhidləri daim diqqət mərkəzində saxlanılır . Bu ailələr...

Şərhlər