“Qızıl Payız” adlı tədbir keçirilib

Ağcabədi şəhər 5 saylı körpələr evi-uşaq bağçasında “Asan Könüllülər Təşkilatı”nın könüllülərinin iştirakı ilə “Qızıl payız”adlı  tədbir keçirilib. Əvvəlcə uşaqlar fəsillər haqqında qısa məlumatlar səsləndiriblər.  Bağçanın körpə fidanları payız  fəslinə aid müxtəlif obrazlarda səhnəciklər nümayiş etdiriblər.

Sonda  isə balacalar könüllülərin köməkliyi ilə səngərdə Vətən keşiyində duran qəhrəman əsgərlərimizə məktublar yazıblar.

Şərhlər