5.4 C
Aghjabadi
Bazar ertəsi, Dekabr 6, 2021

Ağcabədi qeydiyyatında olan şəxs Sumqayıtda saxlanıldı

Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində Ağcabədi şəhər qeydiyyatında olan, hazırda Sumqayıt şəhəri 8-ci mikrorayonda yaşayan 1993-cü il təvəllüdlü Tural Fərzəliyev saxlanılıb. Polis əməkdaşları tərəfindən T. Fərzəliyev şəhərin 5-ci mikrorayonunda saxlanılan zaman onun üzərindən 0,407 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Onun ətrafında aparılmış əməliyyat axtarış tədbirlərinin davamı olaraq narkotik vasitəni satan şəxsin Sumqayıt şəhər Corat qəsəbə sakini 1998-ci il təvəllüdlü Xanlar Şəvəqqətov olduğu müəyyən edilib. O, 6-cı mikrorayon ərazisində saxlanılan zaman üzəindən 4 bükümdə olan 0,628 qram narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Polis əməkdaşları isti izlərlə X. Şəvəqqətova narkotik satan şəxsi də müəyyən edə biliblər. Şəhərin 30-cu məhəlləsində keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü Neymət Qayıbov saxlanılıb. Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı ondan 5.069 qram heroin, 8 bükümdə ümumi çəkisi 0,280 qram olan metamfetamin və N. Qayıbovun mənzilində isə 197,871 qram heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar aparılır. Adları çəkilən şəxslərin hər biri istintaqa təqdim olunub.

Mənbə: olke.az

Xəbər lenti

BƏNÖVŞƏYİ EŞQİM (İkinci hissə)

Artıq digər saytlarda da şeirlərim oxuculara təqdim olunurdu.Hər dəfə çəkinə-çəkinə göndərdiyim şeirlər işıq üzü  gördükcə bir az ürəklənirdim. Çünki,oxucuların fikirləri də əvvəlkilərdən fərqlənirdi....

“Əbədiyaşar” adlı müsabiqə

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 12 Dekabr – ulu öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar ümumtəhsil məktəblərdə fəaliyyət göstərən “Gənc Heydərçilər”...

Atletika üzrə rayon turniri keçirilib

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində “1 Dekabr–QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü”nə...

Müasir Azərbaycanın memarı və qurucusu

Dekabrın 3-də Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi, Ağdam Rayon Heydər Əliyev Mərkəzi və Ağdam rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə,...

Vaksinasiya tədbirləri

Rayonumuzda koronavirusa qarşı mübarizə vasitəsi olan vaksinasiya kompaniyası müntəzəm olaraq davam etdirilir. Pandemiya əleyhinə görülmüş tədbirlər nəticəsində rayon sakinlərinin böyük əksəriyyəti peyvənd...

Rayonda pambıq yığımı davam edir

            Qəzetimizin əvvəlki saylarında da məlumat verdiyimiz kimi Ağcabədidə cari ildə yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki  qaydalara ardıcıl...

Ağcabədi və ətraf rayonlarda aqrar sahədə məlumatlandırma sessiyaları keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi və əkin subsidiyaların alınması üçün müraciətlərin formalaşdırılması məqsədi...

Təlim kursu keçirilib

Qarabağ gənclərinin karyera və məşğulluğu üzrə növbəti təlim kursu Ağcabədidə keçirildi. “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT)...

Ağcabədidə sağlamlıq imkanları məhdud uşaqlar üçün əyləncəli tədbir təşkil olunub

3 Dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar Ağcabədi rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün musiqili-əyləncəli tədbir keçirilib.“Gələcəyə Qayğı” Regionların sosial-iqtisadi inkişafına...

“Əlilliyi olan şəxslərə qayğı və imkanların genişləndirilməsi” Forumu uğurla yekunlaşıb.

   BMT Baş Məclisi tərəfindən qəbul edilən 3 dekabr"Əlilliyi olan insanların Beynəlxalq günü"nün məqsədi əlilliyi olan bütün insanların hüquqlarını qorumaq,cəmiyyəti onların problemlərinin həllinə cəlb etməkdir.

Şərhlər