17.6 C
Aghjabadi
Cümə, May 20, 2022

Ağcabədidə şəhid ailələri və qazilər ziyarət edilir

           

YAP Ağcabədi rayon təşkilatı tərəfindən müntəzəm olaraq şəhid ailələri və qazilər ziyarət edilir.Növbəti ziyarət Ağcabədi şəhər sakini, II Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş qazi Cavid Allahverdiyevin ailəsində olmuşdur.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov başda olmaqla aparatın bir qrup işçisi və YAP fəalı qazinin evinə gedərək onu  və ailə üzvlərini ziyarət etmişlər.

Görüş zamanı Rövşən Əhmədov ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordunun fədakarlığı sayəsində 44-günlük müharibənin Qələbə ilə başa çatmasında əsgər və zabitlərinin göstərdiyi sücaətdən söhbət açmış, müharibə dövründə xalqın orduya dəstək olmasının qələbənin qazanılmasında  əsas rol oynadığını qeyd etmişdir.

Qazi Cavid Allahverdiyev bildirmişdir ki, müharibənin ilk günlərində- sentyabrın 29-da könüllü olaraq cəbhəyə yollanmış, Füzulinin, Cəbrayılın, Qubadlının azad edilməsi əməliyyatlarında iştirak etmiş, oktyabr ayının əvvəllərində yaralanmış, müalicə olunaraq yenidən döyüşlərə qatılmışdır. Döyüşlər bizim üçün çox əlverişsis bir şəraitdə gedirdi, ərazilərin qayalıq və yüksəklikdə olması, hər tərəfin minalanması, 30 il ərzində qurulmuş istehkamlar əməliyyat şəraitini çox çətin etmişdi, yalnız fiziki güc hesabına biz maneələri dəf edə bilirdik. İdmançı olmağım mənə çox kömək etdi. Oktyabrın 20-də yenidən ağır yaralandım, qospitalda müalicə olundum, hazırda müalicəm davam edir. Döyüşlərdə göstərdiyim sücaətə görə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişəm.

Söhbət zamanı Cavid Allahverdiyev peşəkar idmançı kimi iştirak etdiyi çempionatlarda əldə etdiyi medal və diplomlar, həmçinin YAP Ağcabədi rayon təşkilatının verdiyi Fəxri Fərmanı qonaqlara təqdim etdi.

Cavid Allahverdiyev 2011-ci ildə Budo Döyüş növü üzrə gənclər və böyüklər arasında Bakıda Azərbaycan çempionatının, 2011-ci ildə Biləsuvarda keçirilən Budo Döyüş növü üzrə Asiya çempionatının, 2016-cı ildə Batumidə Muay-tay idman növü  üzrə Dünya oyunlarının və həmin il Türkiyədə Kikboksink üzrə keçirilən Beynəlxalq turnirin qalibi olmuşdur.

Görüş zamanı Cavid Allahverdiyev və anası Elza Məmmədova onları ziyarət etdikləri üçün təşəkkürlərini bildirmiş, qazi və şəhid ailələrinin problemlərinin diqqətdə  saxladıqlarına görə rayon rəhbərliyinə və ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirmişlər.

Görüşün sonunda xatirə şəkilləri çəkilmişdir.

YAP Ağcabədi rayon təşkilatının

Aparat rəhbəri:                    N.Bünyatov

Xəbər lenti

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

“Rəqəmsal icra hakimiyyəti”

“Rəqəmsal icra hakimiyyəti” portalı istifadəyə verilib. Portal vətəndaş qəbulu, xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla 4 istiqamətdə vətəndaşlara xidmət göstərir.

Mehrablıda səyyar qəbul

            Ağcabədi sakinlərinin təklif, müraciət və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədi ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin baçısı Rafil Hüseynov növbəti...

Şərhlər