Rayonumuzda təsərrüfatın sirlərinə dərindən bələd olan, bu işə ömrünü həsr edən insanlar çoxdur. Belə insanlardan biri də rayonunun Yeni Qaradolaq kənd sakini, I dərəcəli “ Əmək “ ordenli, bacaraqlı fermer Tofiq İsmayılovdur. O, 40 ildən çox müddətdə pambıqçılıqla məşğul olaraq, səriştəli təsərrüfat rəhbəri kimi tanınıb. Tofiq İsmayılov uzun illərdir kənd təsərrüfatı məhsullarının əkilməsi və becərilməsi ilə məşğuldur. Onun çəkdiyi zəhmət və hədər getmir. Hər il tarlalarda bol məhsul yetişdirlir. . Bacarıqlı istehsalçı ötən il 40 hektar əkin sahəsindən 240 ton məhsul əldə edib. Bu da hər hektardan 60.8 sentner pambıq deməkdir. T.İsmayılov cari təsərrüfat ilində becərdiyi 34 hektar əkin sahəsinin hər hektarından 50 sentner pambıq toplanılmasına nail olub. Fermer mövsümün sonuna qədər bu göstəricinin 54 sentnerə çatdıracağını vurğulayıb. Yeri gəlmişkən qeyd edək ki, taxılçılıq sahəsində də uğur qazanıb. O,10 hektar əkin sahəsindən 70 sentner məhsul əldə edib.
Hüseyn QULUZADƏ