Zeynəb Cəfərova 2011-ci ilin 12 oktyabrında anadanolub. Hazırda Ağcabədi şəhər 9 saylı tam orta məktəbinin5a sinif şagirdidir. Kiçik yaşlarından şəkil çəkməkləməşğuldur. Ərsəyə gətirdiyi əsərlər Zeynəbin istedadındanxəbər verir. Təsadüfi deyil ki, bu əsərləri görən müəllimlərAğcabədi rayon Dövlət Rəsm Qalereyasına müraciətediblər. Sözügedən qalereya balaca rəssamın əlişlərindən ibarət Zeynəbin oxuduğu təhsil müəssisəsindəsərgisini təşkil etmişdir. Sərgidə nümayiş etdirilən, zövqləişlənilmiş “Bayraq”, “Nizami Gəncəvi”nin portreti, “Zürafə” və “Fil” rəsmləri müəllim və şagird tamaşaçılar tərəfindənmaraqla qarşılanıb.
Hazırda qalib Azərbaycan əsgərinin portreti üzərindəişləyən balaca rəssam deyir ki, ordumuz güclüdür, hər andüşmənə qalib gələ bilər. Lakin mən istəyirəm ki, müharibə olmasın, həmişə sülh olsun.
Adil MİSİRLİ