Koronavirus epidemiyası əleyhinə keçirilmiş tədbirlər nəticəsində Yeni Qaradolaq kəndində yas mərasimi keçirilməsinin qarşısı alınaraq kənd sakini İlqar Şükürov, Ağcabədi şəhər sakinləri Əvəz Əliyev, Tamara Quliyeva, İbrahim Hüseynov, Məhəmməd Quliyev, Cahandar Quliyev, Avşar kənd sakinləri Tahir Quliyev, Natiq Hüseynov, Famil Bağırov, Tural Allahverdiyev, Yusifəli Qarayev, Elməddin Baxışov, Vasif Hümbətov, Emin Mirzəyev, Mehrablı kəndindən olan Emin Qasımov, Müşkünaz Qasımova, Hindarx qəsəbə sakini Rəcəb Şirinov, Kürdlər kəndindən olan Gülağa Həsənov, Kəhrizli kənd sakini Rahib Məmmədov, Minəxorlu kəndindən olan Cahandar və Məhəmməd Quliyevlər inzibati qaydada cərimə olunmuşlar.
Ağcabədi şəhərində Səyavuş Mirzəyev, Fariz Hüseynov toy şənliyi keçirilməsinin qarşısı alınaraq müvafiq məbləğdə cərimə edilmişlər.
Ağcabədi şəhər ərazisində qapalı məkanda tibbi maskadan istifadə etməyərək karantin qaydalarını pozduğu üçü Zaur Bəkirov, Elşən Vəliyev, Cavid Novruzov, Asəf Əliyev və Elgün Mehdiyev cərimə olunublar.
“Aran”