Oktyabrın 21-də “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda onlayn formatda tədbir keçirilib. Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatının, YAP rayon təşkilatı və kənd icra nümayəndələri, vətən müharibəsi iştirakçıları, qazilərin iştirak etdiyi tədbirdən öncə 44 gün davam edən mübarizəmizdə qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov tədbiri ilə açıq elan edib. Çıxışı zamanı Ə. Nəcəfov Ordumuzun Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 30 ilə yaxın dövr ərzində düşmən tapdağında qalan torpaqlarımızı qətiyyətlə azad edilməsi, qazanılan qələbənin siyasi, tarixi, iqtisadi tərəfləri, müharibə dövründə ziyan dəymiş təhsil ocaqları, tarixi abidələr, incəsənət nümunələri, respublikamızda yaşayan müxtəlif xalqların müharibə dövründə həmrəylik nümayiş etdirərək birləşməsi, azad edilmiş ərazilərə prezidentin səfərləri eləcə də milli–mənəvi dəyərlərimizin rolu haqqında ətraflı şəkildə məlumat verib.
Daha sonra Ağcabədi RİHB Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Şöhrət Orucov, YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov, II Qarabağ müharibəsi iştirakçısı və qazi Niyaz Bayramlı mövzu ətrafında çıxışlar etmişlər