Şəhid ailəsi ziyarət olunmuşdur

YAP Ağcabədi rayon təşkilatı II Qarabağ müharibəsində şəhid ailələrinin və qazilərin ziyarətini davam etdirir.

            Oktyabr ayının 25-də YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Ağcabədi rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, YAP Ağcabədi rayon təşkilatının əməkdaşları və bir qrup YAP fəalı şəhid Mirəli Hüseynovun doğum günü münasibətilə şəhidin ailə üzvləri ziyarət edilmişdir.

            Tədbir iştirakçıları əvvəlcə şəhid Mirəli Hüseynovun yaşadığı evin yaxınlığında onun xatirəsinə inşa olunmuş bulaq kompleksini şəhidin valideyinlərinin iştirakı ilə ziyarət edərək, kompleksdə şəhidin mərmər üzərində şəkli həkk olunmuş kompleksin qarşısına qərənfillər düzmüşlər.

            Ziyarət iştirakçıları sonra şəhidin doğulub, boya-başa çatdığı evə gedərək, ailə üzvləri və yaxınları ilə görüşmüşlər.

            Görüşdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov şəhidin ailə üzvləri ilə söhbət zamanı Mirəli Hüseynovu şəxsən tanıdığını, onun vətənpərvər bir gənc, cəsur və igid döyüşçü kimi ad qazandığını və torpaqlarımızın erməni işğalçılarından azad edilməsində xüsusi xidmətləri olduğunu qeyd etmişdir. Şəhidin qardaşı Mirağa Hüseynov demişdir ki, Mirəli Vətənini sevən, onun uğrunda ölməyi şərəf bilən cəsur bir oğul idi. O, Füzulinin və Qubadlının işğaldan azad edilməsi əməliyyatlarında iştirak etmiş, Qubadlının yuxarı kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

            Ölümündən sonra Mirəli Hüseynov “Vətən uğrunda”, “Füzulinin azad  olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İgid döyüşçü 2021-ci ilin oktyabr ayının 28-də şəhadətə yüksəlmiş və Ağcabədi rayon Qəhrəmanlar Parkında surətdə dəfn edilmişdir. 

            Ziyarət zamanı Rövşən Əhmədov vurğulamışdır ki, II Vətən müharibəsi dövründə minlərlə ağcabədili gənc müharibədə iştirak edib,  42 nəfər şəhid olub, yüzlərlə gənc yaralanmış və qazi adını almışdır. Övlad itkisi ağır olsa da,  44 gün davam edən ölüm-dirim müharibəsində qalib gəlməyimiz yaralarımıza məlhəm oldu. Xalq ayağa qalxaraq ordunun arxasında durdu, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, hərb meydanında məqsədyönlü və  yorulmaz fəaliyyəti bizə Qələbə sevinci yaşatdı. Vətən yolunda həlak olmuş btün şəhidlərimizə Allahdar rəhmət diləyirəm.

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər