1 noyabr Kənd Təsərrüfatı işçilərinin peşə bayramıdır. Bununla əlaqədar olaraq Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul əməkdaşları, bələdiyyə nümayəndələri, qabaqcıl fermerlər, təsərrüfat rəhbərləri ulu öndərin rayon icra hakimiyyəti qarşısında ucaldılan heykəlini ziyarət edib, qarşısına tər çiçək dəstələri düzüblər.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 oktyabr 2021-ci il fərmanına əsasən Ağcabədi DAİM-nin direktoru Abbas Süeymanov və rayonda fəaliyyət göstərən “KRAUN KO-R”MMC-nin icraçı direktoru Hətəm Həsənov “Tərəqqi” medalı, Qaradolaq kənd sakini, fermer Etibar Şirinov “3-cü dərəcəli əmək” ordeni ilə təltif olunublar. Bu münasibətlə onları təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.
“Aran”