Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi gənclərin özlərini inkişaf etdirmələri üçün “GəlSən” layihəsinə start verib.
Layihə çərçivəsində Ağcabədi Pedaqoji Kollecinin tələbələri ilə görüş təşkil edilib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Fuad Əliyev nümayəndəliyin fəaliyyəti, gənclər üçün könüllü olmağın faydaları, həyata keçirilmiş tədbirlər haqqında ümumi məlumat verib. Bildirilib ki, sağlam gələcək üçün şəxsi keyfiyyətlər üstün olmalıdır. Bunun üçün isə gənclər özlərini inkişaf etdirməlidirlər.
Görüş zamanı gənclər nümayəndəlikdə həyata keçirilən fəaliyyətlərlə bağlı videoçarx izləyiblər. Gənclərin təklifləri dinlənilib, sualları cavablandırılıb.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır