Ağcabədidə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Ağcabədi Pedaqoji Kollecinin iştirakı ilə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda onlayn seminar keçirilib.

Komitənin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə çıxış edənlər Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini qeyd ediblər. Vurğulanıb ki, Azərbaycan xalqı öz Liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu da real faktdır ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi, uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqının müdrik və uzaqgörən sərkərdəsi, Ali Baş Komandanı var.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər