Şəhidin doğum günü qeyd olunub

1 noyabr 2021-ci il tarixdə rayonun Hüsülü kəndində Vətən müharibəsində şəhid olan Fəryad Fəxri oğlu Xəlilovun doğum günü münasibəti ilə mərasim keçirilib. Rayon icra hakimiyyəti aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ağcabədi rayon bölməsinin əməkdaşları, yerli icra, bələdiyyə nümayəndələri, kənd sakinləri, şəhidin doğmaları, yaxınları və media mənsubları iştirak etmişlər.

            Mərasim iştirakçıları şəhid Fəryad Xəlilovun Ağcabədi Qəhrəmanlar Parkındakı məzarını ziyarət edib, üzərinə tər çiçək dəstələri düzərək, Hüsülü kəndində onun şərəfinə inşa edilmiş xatirə bulaq kompleksinə baş çəkmişlər. Onlar Fəryad Xəlilovun keçdiyi qısa və mənalı həyat yolundan, döyüşlərdə göstərdiyi şücaətdən danışıb, xatirələrini bölüşmüşlər.

            Şəhidin doğum günü mərasimin iştirakçıları onun ruhuna dualar oxuyublar.

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər