Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Ağcabədi Bayraq Muzeyində “Zəfər Günü” mövzusunda tədbir keçirilib. Görüşdə sözügedən mərkəzin kollektivi, Vətən müharibəsi iştirakçıları, qazilər iştirak ediblər. Tədbirin aparıcısı N. İbrahimova giriş sözü ilə çıxış edib. Sonra iştirakçılar 44 gün davam edən haqq savaşımız, bu dövrdə rəhbər-ordu-xalq biriliyi, əsgərlərimizin döyüş ruhu, eləcə də işğalçı dövlətin dinc sakinlərə qarşı törətdiyi terror hadisələri barədə geniş çıxış ediblər. Bildirilib ki, ötən il sentyabrın 27-dən başlayan və işğal altındakı torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Daha sonra mərkəzin rəsm dərnəynin üzvlərinin çəkdiyi rəsmlər nümayiş etdirilib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Rəmziyyə HƏSƏNOVA