“Koronavirus” pandemiyası əleyhinə keçirilmiş tədbirlər nəticəsində rayonun
Avşar kəndində yas mərasimi təşkil edən Xalid Axundov, yas mərasiminin iştirakçısı
Elnur Əsgərov, Qaradolaq kəndinin sakini Bəxtiyar Qasımov, Mirzəhaqverdili kəndində
İlqar Tağıyev 200 manat, Qaradolaq kənd sakini Maşallah Mehtiyev isə 300 manat
məbləğində inzibati qaydada cərimə olunmuşlar.
Cəfərbəyli kənd sakini Röya Quliyev təşkil etdiyi toy mərasimində vətəndaşlar
tərəfindən ara məsafəsi gözlənilmədiyi üçün 400 manat, Hacıbədəlli kəndində ad günü
şənliyi qeyd edən Eldəniz İsmayılov isə oxşar hala görə 200 manat cərimə ediliblər.
Ağcabədi şəhər ərazisindəki qapalı məkanda tibbi maskadan istifadə etməyərək
karantin qaydalarını pozduqları üçün Mamed Kərimov, Sənan Bağırov, Ramil Mamedov
hərəsi 100 manat məbləğində inzibati qaydada cərimə olunublar.