Qazilər ziyarət olunublar

Zəfər bayramı ərəfəsində Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısı aparatının Sosial-
iqtisadi inkişafının təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Natiq Əlişov və “P-Aqro”MMC-nin direktoru Süleyman Süleymnov Ağcabədi şəhər sakinləri, Vətən müharibəsinin fəal iştirakçıları, qazilər- Kərim Xəlilov, Elşad Səfərov və İlyas Nəbiyevi ziyarət etmişlər. Ziyarət iştirakçıları qazilərin yaşayış şəraitləri və sağlamlıq durumları ilə yaxından maraqlanmış, onlara bayram sovqatları təqdim etmişlər. Qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və yerli icra hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildirmişlər.

*** *** ***

Ağcabədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid
ailələri ilə işin təşkili şöbəsinin və rayon Gənclər və İdman idarəsinin əməkdaşları
şəhərimizdə yaşayan qazilər- Kamran Sadıqov, Yasin Şəfiyev, və Rafiq Hacıyevi
ziyarət ediblər. Ziyarət zamanı qazilərin yaşayışları və sağlamlıqları ilə yaxından
maraqlanıb, onlara qarşıdan gələn bayram sovqatları payı verilmişdir.
Qazilər onlara göstərilən qayğıya görə təşəkkür etmiş və minnətdarlıqlarını
bildirmişlər.

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com