Ağcabədidə uşaq hüquqlarının qorunması ilə bağlı seminar keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi, Ağdam rayon Heydər Əliyev Mərkəzi və Ağdam rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Uşaq hüquqları aylığı çərçivəsində “Uşaq hüquqlarının qorunmasında hüquqi və mənəvi öhdəliklərimiz” mövzusunda onlayn seminar keçirilib.

Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki, tədbirdə çıxış edənlər uşaq hüquqlarının tam həcmdə təmin edilməsinin, uşaq problemlərinin ardıcıl həllinin ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.

Diqqətə çatdırılıb ki, uşaqların sağlam mühitdə böyüməsi və milli-mənəvi dəyərlərimizə uyğun tərbiyə olunması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması olduqca vacibdir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com