“Atena” MMC-nin təsisçilərinə
Müsbət rəy
1. Mən, “Atena” MMC-nin 31 dekabr 2020-ci il tarixinə təqdim edilən əmlak və maliyyə vəziyyətini dəyər ifadəsində əks etdirən balans, maliyyə nəticələri və onların istifadəsi haqqında hesabat, müəssisə balansına əlavədən ibarət hərəkəti hesabatından, eləcə də əsas uçot prinsiplərinin xülasəsindən və olan maliyyə hesabatlarının auditini aparmışam.
Audit yoxlamasına 26.07.2021-ci il tarixdə başlandı və audit 29.08.2021-ci il tarixdə başa çatdı.
Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini Azərbaycan Respublikasının “Mühasibat uçotu” haqqında Qanununa və “Beynəlxalq Mühasibat Uçotu Standartlarına” uyğun olaraq bütün əhəmiyyətli aspetlərdə ədalətli əks etdirilir.
Rəy üçün əsaslar
2. Mən auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Bu Standartlar üzrə mənim məsuliyyətim əlavə olaraq hesabatımın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən maliyyə hesabatlarının auditinə aid olan etik normalar Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq müəssisədən asılı deyiləm və mən digər etik öhdəliklərimi bu və İESBA məclləsinin tələblərinə uyğun yerinə yetirmişəm.
Mən hesab edirəm ki, əldə etdiyim auditor sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.
Əsas audit məsələləri
3. Əsas audit məsələləri mənim peşəkar mühakiməmə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditi baxımından və maiyyə hesabatlarına dair rəyimin formalaşdrılmasında bütövlikdə nəzərə alınmışdır və mən bu məsələlərə dair ayrılıqda rəy vermirəm.
Maliyyə hesabatlarına görə cavabdeh olan şəxslərin məsuliyyəti
4. Rəhbərlik maliyyə hesabatlarının “Beynəlxalq Mühasibat Uçotu Standartlarına” uyğun olaraq hazırlanmasına və rəhbərliyin fikrincə, dələduzluq və səhvlər nəticəsində əhəmiyyətli təhrif olunmağı maliyyə hesabatlarının hazırlanmasına imkan verən daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarını hazırladıqda rəhbərlik müəssisəni ləğv etmək və ya işini dayandırmaq niyyətində olduqda, yaxud bunu etmədikdə başqa münasib alternativ olduğu halda, rəhbərlik firmanın fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsrəflər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti
5. Mənim məqsədim təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimə daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə etimalı olduğu halda əhəmiyyətli hesab edilir.
Sərbəst auditor Şərif Miri oğlu Bəşirov
Ağcabədi şəhəri, Azərbaycan Respublikası, 29.07.2021-ci il.