Bu ilin noyabr ayından rayonumuzda çıxan “ Aran “ qəzetinin nəznində internet televiziyası fəaliyyət göstərməyə başlayıb. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun birbaşa təşəbbüsü və dəstəyi ilə ərsəyə gələn televiziya həftədə 3 dəfə olmaqla, yarım saat yayımlanacaqdır.
Noyabr ayının 1-də ilk buraxılışı baş tutan “ Aran TV” yayımını “ Aran “ qəzetinə həsr edib. Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, millət vəkili Tahir Rzayev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, rayon Qadınlar Şurasının sədri Radə Qafarovanın xeyir-duaları ilə yayımlanan ilk buraxılışda 1932-ci ildən çap olunan “ Aran” qəzetinin dünənindən və bugünki fəaliyyətindən geniş söhbət açılıb. İlk təqdimatı televiziyanın əməkdaşı Pərvin Şakirqızı aparıbdır.
Ümumiyyətlə, “ Aran TV” bölgədə ilk televiziya qaranquşudur. Rayonun sosial-iqtisadi,ictimai, mədəni həyatından geniş söhbət açacaq. “ Aran TV “-yə qədəmin uğurlu olsun deyirik. İnanırıq ki, “ Aran TV” rayonumuzun salnaməsini qələmə alan “ Aran “ qəzeti ilə əl-ələ verərək, yeni uğurlara imza atacaqdır.
Adil MİSİRLİ