03 noyabr 2021 – ci il tarixdə xüsusi karantin qaydalarına əməl etməklə Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və GİKM – in Ağcabədi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “ Şanlı Zəfər “ adlı tədbir keçirildi
Tədbir I və II Qarabağ müharibəsində Şəhidlik zirvəsinə ucalmış həmvətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva və GİKM-in Ağcabədi nümayəndəliyinin direktoru Fuad Əliyev şanlı qələbəmizdən geniş məlumat verərək bildirdilər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq göstərişi ilə 27 sentyabr tarixində düşmən təxribatına cavab olaraq keçirilən əks-hücum əməliyyatı ilə başlanan, tarixə qəhrəmanlıq səlnaməsi kimi daxil olan Vətən Müharibəsi ərazi bütövlüyümüzün bərpa edilməsi ilə nəticələndi. Xalqın amalı, birliyi və iradəsi ilə yazılan yeni şanlı tarixin haqq və bəşəri ədalət nümunəsi olduğu da, çıxışlarda vurğulanıb.Sonda Hərbi Qənimətlər Parkına virtual ekskursiyası ilə tanış olan gənclər mərkəzin foyesində nümayiş etdirilən “Şanına Şan Qatan Yurdum “adlı sərgi ilə tanış olublar.