Ağcabədidə avtomobil gənc oğlanı vurub

Ağcabədidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 Hadisə rayonun mərkəzində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən piyada, 1993-cü il təvəllüdlü Cəfərov Natiq Aydın oğlunu vurub. Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı oturaq qasıq sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər