3.1 C
Aghjabadi

Şəhid ailələri və qazilərlə görüş keçirilmişdir

​Noyabr ayının 5-də YAP Ağcabədi rayon təşkilatının inzibati binasında şəhid ailələri və qazilərlə görüş keçirilmişdir. Görüşü YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov açaraq demişdir ki, bir neçə gündən sonra erməni işğalçıları üzərində qazandığımız tarixi qələbənin 1 ili tamam olur. Bu tarixi Zəfər Azərbaycan xalqının hərb tarixinə qızıl hərflərlə yazılan bir Qələbədir. Bu Qələbə heç də asan əldə edilməmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, xalqın Orduya arxa durması, müzəffər ordumuzun qəhrəmanlığı bizə möhtəşəm birsevinc yaşatdı. Vətən müharibəsində xeyli şəhid verdik, igid oğullar qazi adını qazandı.

​  Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olanların əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edildi.SonraAzərbaycanın Dövlət himni səsləndirildi.

​N. Bünyatov vurğuladı ki, ötən ilin sentyabrın 27-dəbaşlayan və 44 gün davam edən Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsini dünyaya çatdırdı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu istehkam qurqğularını yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Görüşdə şəhid kapitan Samir Mikayıllının atası Sabir Sultanov, şəhid Anar Cəfərovun həyat yoldaşı Samirə Xudiyeva, Vətən müharibəsi qazisi İntiqam Əliyev, Vətən müharibəsi qazisi Cavid Allahverdiyev, I Qarabağ müharibəsi şəhidi Camal İbrahimovun bacısı Nüşabə İbrahimova, 11 saylı YAP ərazi ilk təşkilatının sədri Sevda Gülmalıyeva çıxış edərək öz ürək sözlərini söylədilər.

Tədbirdə şəhid Cəmaləddin Məmmədovun oğlu Zülfüqar və qızı Günəşin ifasında “Mən şəhid balasıyam” adlı şeir tədbir iştirakçıların qəlbini riqqətə gətirdi.

Daha sonra tədbir bir qrup qazinin iştirakı ilə çay süfrəsi arxasında davam etdi. 

Söhbət zamanı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Zəfər bayramı münasibəti ilə qaziləri təbrik edərək, möhtəşəm Qələbənin qazanılmasında onların misilsiz xidmətləri olduğunu minnətdarlıq hissi ilə qeyd etdi.

Görüşdə qazi Cavid Allahverdiyev, İntiqam Əliyev, Ramil Nağıyev çıxış edib, onları görüşə dəvət etdiklərinə görə YAP Ağcabədi rayon təşkilatına öz təşəkkürlərini bildirdilər.

Görüşün sonunda YAP Ağcabədi rayon təşkilatının aparat işçiləri və qazilər xatirə şəkli çəkdirdilər.

Əvvəlki məqaləGəncədə bir gün
Növbəti məqalədəNarkomaniyaya qarşı mübarizə

Xəbər lenti

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları...

“12 Dekabr-Ümummilli Lider Heydər Əliyevin Anım günü”ilə əlaqədar məktəblərdə mühazirələr davam etdirilir

Bu gün Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tərəfindən M.Aranlı adına 11 saylı tam orta məktəbin Gənc Heydərçilərinə Ulu Öndər Heydər...

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “12 Dekabr-Anım Günü” ilə əlaqədar “Heydər Əliyev və Gənclər siyasəti” adlı tədbir keçirildi

Tədbir 07 dekabr 2022-ci il tarixində Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta...

Ağcabədi sakininin çantasından oğurluq edilib

Yasamal rayonu ərazisindəki mağazaların birində Ağcabədi rayon sakini olan bir qadının çantasından içərisində pulu olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

Şərhlər