Ağcabədi gəncləri üçün təlim həyata keçirilib

5 noyabr 2021-ci ildə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Gəncliyə dəstək” İctimai Birliyi “Region könüllüləri hərəkatında yeni mərhələ” adlı layihəsi çərçivəsində Ağcabədi Pedqoji Kollecində gənclər üçün təlim həyata keçirib. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata vəsiqə alıb.

Təlim şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Təşkilatın sədri Vəfa Xəlilli Azərbaycan Gənclər Fondu, təşkilat və layihə haqqında ətraflı məlumat verdi. 

Sonra Ağcabədi Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Şəmməd Şəmmədov çıxış edərək, bu tipli layihələrin keçirilməsinin gənclərin fəallığında böyük rolu olduğunu söylədi.

Təşkilatın idarə heyətinin üzvü Röya Əlisurətli vaxtın idarəolunması, gənclərin öz potensiallarının üzə çıxarılması və uğurlu karyera yolunda atılacaq addımlar istiqamətində təqdimatla çıxış etdi.

Təlim müddəti sosial xidmət sahəsində könüllülük fəaliyyətlərinin aşılanması istiqamətində videoçarxlar təqdim olundu.

Layihənin məqsədi region və kənddə yaşayan gəncləri kütləvi olaraq könüllülük hərəkatına və ictimai fəaliyyətə cəlb etməklə onların fərdi inkişafına təkan vermək və onlarda sosial məsuliyyət hissini artırmaqdan ibarətdir. Eyni zamanda sosialyönümlü könüllülüyü təbliğ etmək və bu istiqamətdə inkişaf əldə etməkdən ibarətdir

Təlim zamanı gənclərə materiallar (dəftər, qələm, papka, buklet və köynək) və sertifikat paylanıldı. Çay süfrəsi zamanı diskussiya aparıldı.

“Aran”

Şərhlər