Ağcabədidə sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram tədbiri təşkil olunub

Ağcabədi Reabilitasiya Mərkəzində 8 Noyabr – Zəfər Günü münasibətilə sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram tədbiri keçirilib.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin, Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Fazil Əkbərovun, Ağcabədi Uşaq Şahmat Məktəbinin direktoru Rauf Musayevin, Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramovun və bir qrup tələbənin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni oxunub. Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik yad edilib. 
Çıxış edənlər Zəfər Günü münasibətilə uşaqları təbrik edib, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbədən, zabit və əsgərlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Tədbirdə, həmçinin ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlara göstərilən diqqət və qayğıdan danışılıb. 
Bayram tədbirində uşaqlar şeirlər söyləyib, rəqs ediblər.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər