YAP Ağcabədi rayon təşkilatı “Vətən Müharibəsinin ildönümü” ilə əlaqədar 8 noyabr “Zəfər günü”münasibətilə tədbirləri davam etdirir.
Noyabr ayının 6-da YAP Ağcabədi rayon təşkilatının bir qrup aparat işçisi, Ağcabədi rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşlarının iştirakı ilə rayonun Şahsevən kəndində Vətən müharibəsi qazisi İntiqam Əliyevin yaşadığı evə gedərək, qazi və onun ailə üzvləri ilə görüşmüşlər.
Çay süfrəsi arxasında söhbət zamanı YAP Ağcabədi rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rövşən Əhmədov Zəfər Qələbəsinin qazanılmasında əsgər və zabitlərimizin Koroğlu, Babək ənənələrinə sadiq qalaraq, qəhrəman kimi döyüşmələrindən, müharibənin başlanğıcından sonuna qədər Ali Baş Komandan İlham Əliyevin həm hərb sahəsində, həm də siyasi və diplomatik sahədə cəsarətli, qələbəyə hesablanmış fəaliyyəti, xalqın bir yumruq kimi birləşərək çoxillik düşmənimiz olan mənfur erməni faşizmi üzərində Qələbə ilə nəticələndiyini diqqətə çatdırmışdır.
Görüş zamanı qazi, I qrup əlil İntiqam Əliyev keçdiyi döyüş yolundan, qələbənin əldə edilməsində hərbçilərimizin, həm də hər bir Azərbaycan vətəndaşının əməyi və xidməti olduğunu qeyd etmişdir. Qazi döyüş zamanı ağır xəsarət alaraq, həm daxili orqanlarına ciddi zərər dəysə də, həm də sağ ayağını bud nahiyəsindən itirsə də hər an lazım olsa yenidən döyüşlərə qatılmağa hazırdır. İntiqam Əliyev dövlətin qayğısını daim öz üzərində hiss etdiyini, döyüşlərdə göstərdiyi igidliyə görə “Cəbrayılın azad edilməsinə görə” , “Kəlbəcərin azad edilməsinə görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş, “Bayraq ordeni” ilə təltif edilməsinə təqdimat verildiyini qürurla qeyd etmişdir.
Tədbirdə qazinin atası Oktay Əliyev qonaqlara öz təşəkkürünü bildirmişdir.
****
Noyabr ayının 7-də daha üç qazi ilə görüş keçirilmişdir.
Görüşlər zamanı qazilərimiz Rahib Sadıqov, Xəyal Rzayev, Rəşad Həsənov keçdikləri döyüş yolları barədə danışmış, döyüş zamanı arxalarında Azərbaycan Xalqının isti nəfəsini hiss etdiklərini, Vətən və xalq uğrunda, Ali Baş Komandan İlham Əliyev kimi sərkərdənin apardığı haqq savaşında hər an canlarından keçməyə hazır olduqlarını bildirmişlər.
Görüşlər zamanı Rövşən Əhmədov qazilərin problemləri ilə maraqlanmış, onların tezliklə öz həllini tapacağını bildirmişdir.
YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri:N.Bünyatov